Arzuladığınız evi gerçəyə çeviririk

Xəyallarınızdakı interyer və memarlıq dizaynını yalnız təsəvvür etməyin – onu bizimlə reallaşdırın. “Zen Architects” komandası olaraq, illərin təcrübəsi ilə estetik və funksional həllər təqdim edirik.

Haqqımızda

Biz Xəyallarınızı Reallığa Çeviririk

Zen Architects komandası olaraq, illər ərzində qazandığımız təcrübə ilə interyer dizayn, memarlıq, təmir və landşaft dizaynı sahələrində yüksək keyfiyyətli xidmətlər təqdim edirik. Hər layihəyə xüsusi diqqətlə yanaşaraq, müştərilərimizin istəklərini reallığa çevirir və estetik, funksional həllər yaradırıq.

Keyfiyyət, dəqiqlik və yeniliyə olan bağlılığımız bizi sektorda seçilən edir. Peşəkar komandamız hər detal üzərində diqqətlə işləyir, müştəri məmnuniyyətini ön planda saxlayır və layihələri zamanında və büdcəyə uyğun şəkildə həyata keçirir. Bizim fərqimiz – işə yanaşmamız və detallara verdiyimiz önəmdir.

Xidmətlər

Xidmətlərimiz

Zövq və funksionallığı birləşdirən interyer dizaynlardan tutmuş innovativ memarlıq həllərinə və incə işlənmiş landşaft dizaynlarına qədər, hər bir layihəmiz keyfiyyətə, yaradıcılığa və dəqiqliyə olan sadiqliyimizi əks etdirir.

İnteryer dizayn

Yaşam və iş mühitləriniz üçün  estetik və müasir dizaynlar.

Memarlıq

Yeni layihələr üçün unikal və dayanıqlı memarlıq həlləri.

Təmir

Tam təmir və yenilənmə xidmətləri, material seçimi və icrası.

Landşaft dizaynı

Yaşayış və kommersiya sahələri üçün təbii və estetik landşaft həlləri.

Layihələr

LAYİHƏLƏRİMİZ

İnnovasiya və estetik dəyərləri bir araya gətirən seçilmiş layihələrimiz, hər detalında keyfiyyətə və mükəmməlliyə olan bağlılığımızı əks etdirir.

İnteryer Dizayn
2024

Sabah Residence

İnteryer Dizayn
2024

Royal Park | Villa

İnteryer Dizayn
2024

Ameco | Office

İnteryer Dizayn
2023

Royal Park | Villa

Memarlıq / İnteryer Dizayn
2023

High Park

Niyə biz?

İş prosesimiz aşağıdakı üstünlüklərİ ilə fərqlənir:

Keyfiyyət, dəqiqlik və yeniliklərə olan bağlılığımız bizi sektorda seçilən edir. Hər layihəyə xüsusi həssaslıqla yanaşır, müştərilərimizin məmnuniyyətini təmin etmək üçün detallara önəm veririk.

İnşaat və dizayn sahəsində mükəmməllik, peşəkarlıq və müştəri məmnuniyyətini ön planda tutaraq, yüksək keyfiyyətli xidmətlər təklif edirik. Fərqimiz, layihələrə yanaşma tərzimiz və hər bir detalın üzərində diqqətlə çalışmağımızdır.

1. Peşəkar komanda

Hər biri öz sahəsində ixtisaslaşmış dizayner, memar və ustalardan ibarət heyət, layihənizin hər mərhələsində dəqiqliklə işləyir. İstənilən ölçüdə və mürəkkəblikdə layihələri həyata keçirmək üçün mükəmməl komanda ruhuna sahibik ki, bu da işə olan həvəsimizin sonsuz olması deməkdir.

2. Keyfiyyətli materiallar

İşimizdə yalnız yüksək keyfiyyətli və sertifikatlı materiallardan istifadə edirik. Müştərilərimiz üçün uzunömürlü və dayanıqlı həllər təqdim etmək qarşıya qoyulan məqsədlərimizdən biridir. Material seçimindən son təfərrüatlara qədər hər addımda keyfiyyəti əldə rəhbər tuturuq.

3. Yaradıcı yanaşma

Hər layihə bizim üçün xüsusi əhəmiyyət daşıyır. Müştərilərimizin zövq və tələblərinə uyğun, fərdi yanaşma ilə unikal dizayn həlləri yaradırıq. İstər klassik, istərsə də modern üslubda dizaynlarımızla məkanlarınıza fərqlilik qatırıq.

4. Müştəri ilə daimi əlaqə

Layihənin hər mərhələsində müştərilərimizlə sıx əməkdaşlıq edirik. Dizayn və inşaat prosesində istənilən dəyişikliyi və təklifləri nəzərə alır, şəffaflıq prinsipləri əsasında çalışırıq. Bu yanaşma sayəsində müştərilərimiz öz layihələrinin inkişafını yaxından izləyə bilirlər.

5. Zaman və büdcəyə uyğun planlama

Müştərilərimizin vaxtı və büdcəsi bizim üçün önəmlidir. Layihələri təyin olunmuş zaman çərçivəsində və büdcəyə uyğun şəkildə tamamlayırıq. Prosesin planlaşdırılması və idarə olunmasında düzgün strategiya quraraq gözlənilən nəticəni əldə edirik.

6. Böyük layihə təcrübəsi

Zen Architects dizayn və konstruksiya şirkəti fəaliyyəti müddətində bir sıra uğurlu layihələrin dizayn işlərini reallaşdırıb.

Sabah Residence, Royal Park, High Park, Green City

Ideyanız var?

Gəlin, xəyalınızdakı evi birlikdə yaradaq

Əlaqə saxla